"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“HEYDəR əLiYEV: BəLəDiYYə iNSTiTUTUNDA GENDER BəRABəRLiYi”

--2018-05-08 / 15:09

Siyasət şahmatının ustası Heydər əliyev

 Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən o zamankı rəhbərlik bu tarixi fürsəti saxlamaq iqtidarında deyildi.

Bunun nəticəsi olaraq 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almışdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratdılar. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən siyasi qüvvələr lazım idi ki, Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etsin. Məhz bu lider zəngin dövlətçilik təcrübəsinə və dərin siyasi təfəkkürə malik olan Heydər əliyev idi.

Müstəqil Azərbaycanın memarı və qurucusu, tarixi şəxsiyyət, siyasət şahmatının ustası Heydər əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Anadan olmasının 95 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər əliyev, bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər əliyev fenomeni, qüdrətli və dühası, uzaqgörənliklə yürütdüyü siyasi kurs dayanıb.

Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər əliyevi dünya miqyaslı siyasi nəhəngləri ilə - Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt sayır ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik bir müddətdə Heydər əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik edib, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, inkişaf yoluna qədəm qoyub. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilib.

Zaman keçdikcə Heydər əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Xalqımız tam müstəqil dövlətdə yaşadıgına, demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiyinə, xoşbəxt gələcəyinin sahibi olduğuna görə ulu öndər Heydər əliyevə borcludur. Azərbaycan tarixinə nəinki dahi qurucu, eləcə də böyük xilaskar kimi daxil olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş misilsiz nailiyyətlərin əsasını qoyan Heydər əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin simvoluna çevrilib.

 

Tarixi xidmət: yerli özünüidarəetmə institutunun yaradılması

 

Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər əliyevin adı və titanik siyasi fəaliyyəti ilə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konsitusiyasında bələdiyyələr – yerli özünüidarəetmənin təşkili ayrıca bölmə olaraq öz əksini tapdı.

Ümummilli lider bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Bugünümüzün reallıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir.

Bu gün də dövlət ölkəmizdə bələdiyyələrin inkişafında maraqlıdır. Bu marağı qəbul olunmuş qanunvericilik aktlarında, Prezidentin təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkədə lazımi hüquqi baza vardır. Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri - Bələdiyyələrin statusu, Bələdiyyələrin əraziləri və torpaqları, yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial-müdafiə, iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırılması və s. öz əksini tapıb.

Bələdiyyələr seçkili orqandır və onlar “Bələdiyyələrin statusu haqqında” Qanuna müvafiq olaraq ildə iki dəfə, hər 6 aydan bir olmaqla öz seçiciləri qarşısında hesabat verir, sakinlərini görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyətlərini, planlarını açıqlayırlar. Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə olaraq, mətbuatın, kütləvi infotrmasiya vasitələrinin auditoriyasının, geniş oxucu və dinləyici kütləsinin daha əhatəli olmasını nəzərə alaraq, biz media qarşısında da hesabat verir, həmçinin media mənsublarını maraqlandıran sualları cavablandırırıq.

Düşünürəm ki, bununla biz bələdiyyələrimizin fəaliyyətinin şəffaflığını ortaya qoyur, eləcə də bələdiyyələrin fəaliyyəti ilə nəinki yerli sakinləri, seçiciləri, həm də geniş ictimaiyyəti məlumatlandırmış oluruq. Digər tərəfdən də bu, bələdiyyələrarası rəqabət mühitinin inkişaf etməsinə şərait yaradır.

Göründüyü kimi, bu gün Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə   ölkə rəhbərliyinin siyasi iradəsinə arxalanaraq özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətdə özünəməxsus yer tutmağa səy göstərirlər. Bu da Ulu öndərin bütün sahələrdə olduğu kimi Bələdiyyələrə olan ümid və arzularının addım-addım həyata keçməsi, reallığa çevrilməsi deməkdir.

 

Bələdiyyələrdə gender bərabərliyi

 

Ulu öndərin tarixi xidmətlərini qeyd edərkən, Heydər əliyevin gender bərabərliyi, qadınların ictimai-siyasi həyata transformasiyası istiqamətində həyata keçirdiyi mühüm addımları vurğulamamaq mümkün deyil. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderin hakimiyyətə qayıdışından sonra qadınların dövlət idarəçiliyində təmsilçiliyi, xanımların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Heydər əliyev siyasətinin uğurlu varisi, ölkə Prezidenti ilham əliyev də bu strategiyaya sadiq qalaraq ölkədə gender balansının qorunub saxlanılması istiqamətində həm qanunvericilik bazasında, həm də praktiki yönümdə yeni islahatlara imza atıb. Prezident ilham əliyev qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkib.

Məhz bu siyasi kursun məntiqi nəticəsidir ki, qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Son illərdə yerli özünüidarəetmə orqanları olan Bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edə bilərəm ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmləməyə doğru irəliləyib. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 %-i təşkil edib. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb. Qürurla deyə bilərəm ki, Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyədən 2-sinin sədri xanımdır. Bu faktlar dövlətin, dövlət başçısı ilham əliyevin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.

 11 aprel - Böyük Zəfərə inamın ifadəsi

 Prezident ilham əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Heç şübhəsiz ki, məhz bu amillərdən irəli gələrək Azərbaycan xalqı 11 aprel 2018-ci il tarixində bir daha milli liderin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi. Möhtərəm Prezidentin böyük səs çoxluğu ilə qələbə qazanması ondan xəbər verir ki, xalq onun rəhbərliyi altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir.

Bu seçki xalqın Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın davam etdirilməsinə, Böyük Zəfərə inamın ifadəsi idi. inşallah, biz Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə Qarabağı azad edəcəyik! Heydər əliyev ideyalarına sadiq qalaraq daha güclü, demokratik Azərbaycan quracağıq!

Jalə Tofiqqızı,

M.ə.Rəsulzadə Bələdiyyəsi

 

ŞƏRHLƏR